Xalq artisti Alim Qasımov və rep ifaçısı Kölgə yeni duet layihələrini təqdim ediblər. “Muğamın kölgəsində” adlanan duet klassik muğamla müasir rep janrının sintezi əsasında ərsəyə gəlib.
Gunxeber.az bildirir ki, layihədə Alim Qasımov muğamın ənənəvi ifa üslubunu qorumaqla yanaşı, onu müasir ritmlərlə birləşdirib.
İfaçı bu addımı ilə muğamın müxtəlif auditoriyalara, xüsusilə gənc nəsilə çatdırılmasının mümkünlüyünü nümayiş etdirib. Duetdə Kölgənin rep üslubu muğamın improvizasiya elementləri ilə uzlaşdırılıb.
İfaçılar bildirirlər ki,duetin ərsəyə gəlməsində əsas məqsəd janrlar arasında qarşıdurma yaratmaq deyil, musiqi vasitəsilə yeni ifadə forması ortaya qoymaqdır.
“Muğamın kölgəsində” layihəsi hazırda musiqi platformalarında yayımlanır və musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.







