Türk pop musiqisinin sevilən ulduzu Buray, ən hit mahnıları və yüksək səhnə enerjisi ilə 23 noyabr axşamı Heydər Əliyev Sarayında Azərbaycanlı musiqisevərlərlə görüşəcək.

“Senin Yüzünden”, “İstersen”, “Hasret Kalmışız”, “Alaz Alaz” kimi dillər əzbəri mahnıları ilə tanınan ifaçı, Bakıda pərəstişkarlarına unudulmaz musiqi gecəsi yaşatmağa hazırlaşır.

Konsert Event Office təşkilatçılığı ilə həyata keçiriləcək. Event Office-in yüksək səviyyəli təşkilati dəstəyi ilə baş tutacaq bu möhtəşəm konsert, hər yaşdan musiqi sevənin qəlbinə toxunacaq.