Son dövrlərdə əlillik təyinatına əsas verən xəstəliklər açıqlanıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev danışıb.

O bildirib ki, son üç il ərzində onkoloji xəstəliklər (bədxassəli şişlər), psixiatrik və sinir sistemi xəstəlikləri üzrə müraciətlərin artdığı müşahidə olunur:

“Təbii ki, bu xəstəliklər ilə bağlı lazımi profilaktik tədbirlər görülür. Lakin əlillik təyinatı ilə bağlı müraciətlərdə bu xəstəliklərin artdığı bir faktdır”.

Xatırladaq ki, ötən il ümumilikdə 54.5 min şəxsə əlillik təyin edilib, onlardan 25.3 min nəfərə ilkin, 29.2 min nəfərə isə təkrar əlillik təyinatı ilə bağlıdır.