“Bu gün bəzi yaşayış evləri var ki, hava limanlarının enmə zolağına yaxın tikilib. Bu, çox ciddi problemdir”.
Gunxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsində deputat Novruzəli Aslanov deyib.
O bildirib ki, yeni dəniz və hava limanları ilə yanaşı, mövcud hava limanlarının da eniş zolaqlarını əhatəli etmək üçün şərait yaratmaq lazımdır:
“O insanların heç bir təqsiri yoxdur, amma müvafiq qurumlar buna icazə verməməli idilər. Ona görə də bu qanunun tətbiqi zəruridir”.





