Abşeron rayonu, Masazır qəsəbəsində yanğın olub.

Gunxeber.Az APA-ya istinadla xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Qeyd edilib ki, yanğının yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb. Bir nəfərin meyiti çıxarılaraq təhvil verilib.