Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi VAZ-2110 və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.