Nyu-York Ticarət Birjasında (NYMEX) və “Comex”də (NYMEX-in bir bölməsi) qiymətli metalların – platin, palladium, qızıl və gümüşün qiyməti təxminən 0.5-10% düşüb.

Gunxeber.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

Bakı vaxtı ilə saat 09:18-ə olan məlumata görə, 2026-cı ilin mart ayında NYMEX-də çatdırılma üçün palladium füçerslərinin qiyməti trua unsiyası üçün 1 968 dollar (-10.11%) təşkil edib.

2026-cı ilin aprel ayında çatdırılma üçün platin füçerslərin qiyməti isə 8.44% azalaraq, trua unsiyası üçün 2 635.3 dollara düşüb.

Eyni zamanda, 2026-cı ilin fevral ayında “Comex” birjasında çatdırılma üçün qızılın qiyməti trua unsiyası üçün 5 056.3 dollar (-0.52%) olub.

2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti isə trua unsiyası üçün 107.715 dollar (-6.74%) təşkil edib.

Xatırladaq ki, bir gün əvvəl qızıl, gümüş və platin füçersləri müvafiq olaraq trua unsiyası üçün 5 107 dollar, 117.70 dollar və 2 925 dollara yüksələrək, bütün zamanların ən yüksək həddini keçmişdi. Palladium füçersləri 2022-ci il oktyabrın 12-dən bəri ilk dəfə trua unsiyası üçün 2 195 dollar həddini aşmışdı.