Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Gunxeber.Az xəbər verir ki, ölən şəxs “Nissan Navara” markalı avtomobilin sürücüsü Mətin İbrahimov olub.
Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yanvarın 26-da, saat 02:00-da qeydə alınıb.
“1998-ci il təvəllüdlü Mətin Vüsal oğlu İbrahimovun idarə etdiyi “Nissan Navara” markalı, 99-SC-744 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində həyatını itirib. Onun sərnişini, 2000-ci il təvəllüdlü Kənan İlqar oğlu Zakirzadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır”, – deyə məlumatda bildirilir.






