Gəncə şəhərində qətl törətməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Gunxeber.Az-ın məlumatına görə, Göygöl rayon sakini 1989-cu il təvəllüdlü R.Əmrahov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

37 yaşlı R.Əmrahovu Gəncədə qətlə yetirməkdə şübhəli bilinən 26 yaşlı Samux rayon sakini Taleh Məhərrəmov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində tutularaq istintaqa təhvil verilib.