Qəbələdə çaydan qadın meyiti aşkarlanıb.

GuNXeBeR.Az-ın əldə etdiyi məlumata görə, meyit rayon ərazisindən axan Türyançay çayında tapılıb.

Meyitin 1960-cı il təvəllüdlü, rayonun Savalan kənd sakini Maral Fətulla qızı Abdulrəhmanovaya məxsus olduğu müəyyənləşib.

İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıb və dünyasını dəyişib.