Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Bakı-Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan “Shacman” markalı yük avtomobilinə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. O, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsi saxlanılıb.

Gunxebe.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.