Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
Şəhər sakini, 38 yaşlı Nübar Yusifova və qızları -16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli və oğlu 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.






