Ağcabədi rayonunda 6 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.

Gunxeber.az-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 6 yaşlı S.B sözügedən faktla bağlı Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.