“Liverpul” futbol klubunun baş məşqçisi Arne Slot ötən gün “Bornmut”a son dəqiqələrdə məğlubiyyətdən sonra ciddi təzyiqlə üzləşib.

Gunxeber.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyinin onu yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdıracağı gözlənilir.

Məlumata görə, Arne Slot UEFA Çempionlar Liqasında “Liverpul”la uğurlu nəticələr əldə etsə də, Premyer Liqada son 18 oyunda cəmi beş qələbə qazanması rəhbərliyi bu qərarı verməyə vadar edib.

Arne Slotun baş məşqçi postundan göndəriləcəyi təqdirdə komandanın sükanı müvəqqəti olaraq klubun əfsanəvi futbolçusu Stiven Cerrarda həvalə edilə bilər.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.