Yevlaxda vəkil hoteldə ölü tapılıb.
Gunxeber.Az bildirir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Həmdəm” hotelində qeydə alınıb. Hoteldə gecələyən, 37 yaşlı Elkin Zakir oğlu Kərimlinin meyiti qaldığı otaqda aşkar edilib.
Onun çoxlu sayda dərman həbləri qəbul etdiyi və zəhərlənərək öldüyü bildirilir.Məlumata görə, mərhum “Fortiori” vəkil bürosunun üzvü olub.Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.






