Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Gunxeber.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndi yaxınlığında qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü E.İsayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxs dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

E.İsayevin hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.