Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, iki naməlum şəxs rayon ərazisindəki evlərdən birinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı – 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Onların oğurluq etmələri kamera görüntülərinə də düşüb.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

YouTube player