Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Gunxeber.Az-a bildirilib ki, tədbirlərlə 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıblar. Onların idarə etdikləri avtomobillərdən və yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar olunub.