Gunxeber.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə sosial media hesabında paylaşım edib.

Artıq bir neçə gündür Kəmalə xanım səhhətində yaranmış narahatlıqla əlaqədar Sabunçu Tibb Mərkəzində müalicə alır. Hazırda adı qeyd edilən tibb mərkəzində müalicəsi davam edir.

Həkimlər tərəfindən vəziyyəti stabil olaraq qiymətləndirilir. Səhhətində artıq müsbətə doğru irəliləyişlər müşahidə olunur.

Göstərilən tibbi yardıma görə Sabunçu Tibb Mərkəzinə təşəkkürümüzü bildiririk. Həqiqətən də savadlı və peşəkar həkimlərimiz var.

İnanırıq ki, yaxın zamanda Kəmalə xanım tam sağlamlığına qovuşacaq və uşaqlarımızın, eləcə də onu sevənlərin yanına dönəcək.