İsrailin xarici işlər naziri Gideon Saar Zəfər parkı və Şəhidlər xiyabanını ziyarət edib.
Gunxeber.Az-ın məlumatına görə, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Bakıdakı Zəfər parkına və Şəhidlər xiyabanına ziyarətim zamanı mən tank zabiti kimi xidmət etmiş və Birinci Qarabağ müharibəsində həlak olmuş yəhudi əsgər Albert Aqarunovun məzarı üzərinə çələng qoydum.
Ölümündən sonra Albert Azərbaycanın Milli Qəhrəmanı kimi tanınıb və Şəhidlər xiyabanında dəfn edilib.
Onun dəfn mərasiminə həm müsəlman din xadimləri, həm də ravvinlər qatılıblar. Bu hadisə Azərbaycandakı dini tolerantlığın və həmrəyliyin simvolu olub.









