Rusiyanın “Soçi” futbol klubunun sabiq baş məşqçisi, ispaniyalı Robert Moreno komanda ilə iş zamanı “ChatGPT”dən istifadə edib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Morenonun həmkarı, klubun keçmiş baş direktor müavini Andrey Orlov Sports.ru-ya verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, “Soçi” Xabarovska səfərə hazırlaşarkən Moreno süni intellekt çatbotuna məşq planı yaratmağı tapşırıb. Nəticədə, komanda “ChatGPT” tərəfindən yaradılan cədvələ əməl edib.

Moreno komandaya yeni hücumçu seçmək üçün də “ChatGPT”dən istifadə edib. Lakin çatbotun seçdiyi futbolçu “Soçi” klubunda 10 oyunda bir qol da vura bilməyib və yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Robert Moreno 2023-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər “Soçi” klubunun baş məşqçisi olub.