İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.
Gunxeber.Az məlumat verir ki, görüşlərdə qaliblərin peşəkar karyera məqsədləri və fərdi inkişaf planları müzakirə olunub, onların peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Qaliblərin şəxsi və peşəkar inkişafla bağlı sualları cavablandırılıb, mentorluq proqramı çərçivəsində növbəti mərhələdə atılacaq addımlar nəzərdən keçirilib.
Mikayıl Cabbarov qaliblərə bilik və bacarıqlarının artırılması, potensiallarının reallaşdırılması ilə bağlı tövsiyələrini verib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.







