“Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilib.
Gunxeber.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, yeddi şəhər üzrə ümumi quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə, Bakıda isə 141-dən 148-ə artırılıb.






