12 avqust 2025-ci il tarixində İsmayıllı şəhərinin Mərkəzi Meydanında “Beynəlxalq Gənclər Günü” münasibətilə maraqlı və yaddaqalan tədbir keçirilib. Bayram ab-havası ilə keçən tədbirdə minlərlə gənc bir araya gəlib.
Gunxeber.Az məlumat verir ki, tədbirdə cüdo, uşu-sanda, minifutbol, şahmat, velosiped və kikboksinq idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub. Gənc idmançılar öz bacarıqları ilə tamaşaçıların alqışını qazanıblar. Bundan əlavə, gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi də ziyarətçilərin böyük marağına səbəb olub.
Bu tədbir bir daha sübut etdi ki, İsmayıllı gəncliyi yalnız fiziki cəhətdən deyil, həm də yaradıcılıq və intellektual baxımdan da ölkəmizin inkişafında mühüm rol oynamağa qadirdir.
Gənclərimiz hər sahədə güclü və yaradıcıdır!

























