17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.
GuNXeBeR.Az xəbər verir ki, millimiz fevralın 11-dən 13-nə qədər Bakıda hazırlıq keçəcək.
U-17 ayın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək. Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.
| S. | Ad / Soyad | Klub |
| 1 | Rauf Əyyubov | “Sabah” |
| 2 | Elbrus Kərimov | “Marset” FA (İspaniya) |
| 3 | Murad Qurbanov | “Zirə” |
| 4 | Amin Rzayev | “Qarabağ” |
| 5 | Həzrət Səmədov | “Sabah” |
| 6 | Tunar Muradov | “Turan Tovuz” |
| 7 | Tuncay Əhmədov | “Marset” FA (İspaniya) |
| 8 | Fərid Cabbarlı | Zirə |
| 9 | Nadir Nəsibli | “Marset” FA (İspaniya) |
| 10 | Muhamməd Çodarov | “Marset” FA (İspaniya) |
| 11 | İbrahim Xəlilov | “Sabah” |
| 12 | Əli Qazibəyov | “Qarabağ” |
| 13 | İmran Suleymanzadə | “Zirə” |
| 14 | Ariz Kərimov | “Qəbələ” |
| 15 | Abdulaziz Cabbarlı | “Qarabağ” |
| 16 | Əhliman Süleymanzadə | “Zirə” |
| 17 | Emil Usubov | “Zirə” |
| 18 | Tunar Rzayev | “Marset” FA (İspaniya) |
| 19 | Əhməd Vəliyev | “Qarabağ” |
| 20 | Əli İbrahim | “Qarabağ” |
Qeyd edək ki, millimiz ayın 16-da Rusiya, ertəsi gün İran, 19-da isə Qazaxıstanla görüşəcək.