Azərbaycan Badminton Federasiyasının prezidentinin idman məsələləri üzrə müşaviri Əjdər Cəfərov Çində işgüzar səfərdədir.

Gunxeber.az bildirir ki, səfər çərçivəsində Asiyada kifayət qədər tanınan brendlərdən sayılan “Flexpro” ilə əməkdaşlıq və sponsorluq məsələləri müzakirə olunub. Görüş zamanı “Flexpro” brendinin nümayəndəsi Əjdər Cəfərova təqdim etdikləri məhsullarla bağlı ətraflı məlumat verib. O, şirkətin ABŞ, Kanada, Cənubi Koreya, Sinqapur, İndoneziya, Malayziya və digər ölkələrdə geniş satış şəbəkəsinə malik olduğunu qeyd edib.

Əjdər Cəfərov səfər zamanı həmçinin Çinin 15-ci milli oyunlarını izləyib və idman sahəsinə dair bir sıra seminarlarda iştirak edib.

Azərbaycan Badminton Federasiyasının nümayəndəsinin bu səfəri ölkəmizdə badminton idmanının inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.