Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.

Gunxeber.Az-ın məlumatına görə, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.

Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.