Bakıda Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən gün axşam saatlarında yol-nəqliyyat hadisəsi nəticəsində həyatını motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirməsi ilə bağlı araşdırma başlanıb.

“Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər”-məlumatda qeyd edilib.