Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Ortaoba kəndində qeydə alınıb.

Kənd sakini Məhəmməd Abdurəhim oğlu Pirquliyevə məxsus fərdi yaşayış evi yanıb. Hadisə nəticəsində M.Pirquliyev yanaraq ölüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.