Tovuz rayonunda gənc bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub və vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

İlkin məlumata əsasən, gənc rayonda yerləşən şadlıq saraylarından birində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.