Sumqayıtda yük avtomobilinin vurduğu piyada ölüb.

GunXeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir – red.) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.