Sumqayıt şəhərində iki nəfər dəm qazından zəhərlənib.

Gunxeber.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisələr şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, “Ceyranbatan bağları” adlanan ərazidə yerləşən fərdi evdə 1960-cı il təvəllüdlü Qənirə Kərəm qızı Yusifova hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə “Tuq zavod” adlandırılan ərazidə yerləşən fərdi evdə qeydə alınıb. 1968-ci il təvəllüdlü Təranə Səməndər qızı Quliyeva hamam otağında dəm qazından zəhərlənib.

Faktlarla bağlı araşdırma aparılır.