“Sumqayıt şəhərinin Azərbaycan prospektində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb”.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, hadisə zamanı sürücülərdən xəsarət alan olmayıb.

“Nurlan Fəqan oğlu Hüseynzadənin idarə etdiyi BMW markalı, 90-BH-078 dövlət nömrə nişanlı avtomobil Baba Məhsim oğlu Ömərovun idarə etdiyi “Ford” markalı, 99-FE-456 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “Ford” markalı avtomobildə olan sərnişin Razim Şahhüseyn oğlu Kərimov xəsarət alıb.

Hadisə BMW markalı nəqliyyat vasitəsinin ötmə əməliyyatını düzgün həyata keçirməməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə bu gün saat 16:44-də şəhərin Azərbaycan prospektində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtomobili ilə BMW toqquşub.

Hadisə nəticəsində Abşeron rayonu, Aşağı Güzdək kənd sakini, 1986-cı il təvəllüdlü Razim Şahhüseyn oğlu Kərimov bud sümüyünün açıq sınığı xəsarəti ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.