Şamaxı rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qızmeydan kəndində qeydə alınıb.
Kənd sakini, 2011-ci il təvəllüdlü Emil Eyvaz oğlu Hümbətov hamam otağında dəm qazından zəhərlənib.
O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.






