Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.

1994-cü il təvəllüdlü Həsən Dursunəli oğlu İlyaslı sürdüyü VAZ-2106 markalı avtomobildə idarəetməni itirib yoldan çıxaraq ağaca dəyib.

Hadisə nəticəsində sürücü xəsarət alıb.