Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Gunxeber.Az-a Qəbələ Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, dekabrın 25-i saat 13:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1956-cı il və 1969-cu il təvəllüdlü şəxslərə bel fəqərələrinin sınığı, baş, əl və diz nahiyələrinin açıq yaraları, döş qəfəsinin travması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb.

1956-cı il təvəllüdlü Aydın Xasəmmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə 1959-cu il təvəllüdlü Bəxtiyar Gəncimovun idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.