Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Nurlan Eldar oğlu Nağıyev sürücülük hüququ olmadan idarə etdiyi HM-777-ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Müşfiq Əsgər oğlu Eminovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.