Oğuz rayonu ərazisində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Gunxeber.Az-ın məlumatına görə, qəza zamanı “KİA” markalı avtomobildə olan Oğuz rayon sakini 1978-ci il təvəllüdlü Mətanət Ustakişiyeva, 1967-ci il təvəllüdlü İlqar Abışov və “Mercedes Vito” markalı yük avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Ayxan Nəsibov xəsarət alıblar.
Oğuz rayonunda ağır yol qəzası baş verib.
Gunxeber.Az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobili ilə “KİA” markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.









