Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində sürücü Yaşar Kərimov ölüb.

Faktla bağlı araşdırma aparılır.