Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dekabrın 31-də, saat 10:15-də Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (biri qadın, altısı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxlu travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.

Samirə Abdulla

12:30

Lerikdə mikroavtobus dərəyə aşıb, altı nəfər xəsarət alıb.

Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” mikroavtobusu idarəetməni itirərək dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan altı nəfəri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.