“50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb”.
Gunxeber.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.
“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda vurğulanıb.
Bu gün saat 20 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar yoluna düşüb.
Gunxeber.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım xidməti çağırılıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.





