Lənkəran rayonunda iki nəfərin cəsədi tapılıb.

Gunxeber.Az bildirir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.