Lənkəranda gənc qadın qətlə yetirilib.

Gunxeber.Az məlumat verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyəsindən çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin qadının həkimə çatdırılmadan həyatını itirdiyi müəyyən olunub.

Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.