İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına parkda yanğın olub.

Gunxeber.Az məlumat verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində parkda baş vermiş yanğın parkın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.