Goranboy rayonunda avtomobilin aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, “Lada Priora” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata – 1986-cı il təvəllüdlü Adil Hüseynov və oğul – 2009-cu il təvəllüdlü Sabir Hüseynov həlak olublar, ana – 1991-ci il təvəllüdlü Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində Goranboy sakini A.Həsənov hadisə yerində həyatını itirib. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəsarət alan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.