Goranboy rayonunda 54 yaşlı qadın dəm qazından boğulub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Sarov kəndi ərazisində baş verib.

Kənd sakini, 1951-ci il təvəllüdlü Aidə Eyvazova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Yaxınları onun meyitini evdə aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.