Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.






