Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobil toqquşub.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

Daha bir nəfər – 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.