Biləsuvarda bədbəxt hadisə baş verib.
Gunxeber.Az-ın məlumatına görə, Biləsuvarın Nərimankənd kəndinin sakini, 2008-ci il təvəllüdlü İqbal Quluzadə kənd ərazisindən keçən Cənub Muğan kanalının üzərində yerləşən körpüdə olan zaman çaya düşərək boğulub.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






