Bakıda marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gunxeber.Az xəbər verir ki, qəza Nizami rayonu ərazisində, Qara Qarayev prospektində baş verib.
Hadisə zamanı 1 və 12 nömrəli marşrut xətləri üzrə hərəkət edən iki avtobus, eləcə də iki minik avtomobili toqquşub.
Nəticədə avtobuslara və avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.






